|
CAHİD KAZIMOV,
AMEA, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı
MAHMUD KAŞĞARLININ «DİVAN»INDA
OĞUZ BOYLARI
Elmi axtarışlar, XXVII
toplu. Bakı, "Səda", 2006, c. 134-139.
Türk tayfalarının etnik tarixini, etnogenezini
öyrənməkdə qədim qaynaqlar əsaslı rol oynayır. Belə etibarlı
və möhtəbər mənbələrdən biri Mahmud Kaşğarlının «Divanü luğat-it-türk»
əsəridir. Dil və dialekt materiallarından kənarda «Divan»da
toplanan informasiyalar arasında təsvir olunan dövrün türk
toponimikasına, etnonimiyasına aid olanlar, türk etnik tarixi
və mədəniyyəti baxımından fövqaladə əhəmiyyət daşımaqdadır.
İlk dəfə olaraq Mahmud Kaşğarlının sayəsində XI yüzillik türk
dünyasının coğrafi yayımını, arealını çızmaq imkanı əldə edilmişdir.
Gəzdiyi və dolaşdığı ərazilər, incələmə imkanları Mahmud Kaşğarlının
toponimik və coğrafi biliyi, digər Ərəb və İran qaynaqları
ilə qarşılaşdırılması nəticəsində elmi reallığa əsaslandığını
göstərməkdədir. Biliyini qiymətləndirmək və oxucularını təmin
etmək məqsədilə «Divan»da ayrıca bir türk xəritəsinin verilməsi
də yaddan çıxmamışdır. Bu qədər incə düşünən bu türk mütəfəkkirinin
əməyi hədər getməmiş, türklüyün hər bir elm sahəsində isbat
olunmuş və doqquz yüzillik türk coğrafiyasının və toponimikasının
təsvirini və şərhini Mahmud Kaşğarlıya qismət etmişdir.
Mahmud Kaşğarlının «Divanü luğat-it-türk»
əsəri türk dilləri və mədəniyyətinin tam mənası ilə tarixi
xəzinəsi sayıla bilər. Əsasən türk dilinin ərəbcə atbaşı getdiyini
göstərmək məqsədilə yazılsa da, lüğətdə zaman-zaman türk dünyasının
dili, mədəniyyəti, etnoqrafiyası, folkloru, siyasi və etnik,
sosial və kültürel, iqtisadi durumu, sosial təbəqələr, toplum
münasibətləri, dini inanış və adətlər və s. öz əksini tapa
bilmişdir.
Qaraxanlı türklərində təsadüf edilən xüsusi
adlar qədim türk onomastik sisteminin tərkib hissəsini təşkil
etməkdədir. Qaraxanlıya məxsus onomastik leksika Mahmud Kaşğarlının
«Divan»ında və Yusif Balasaqunlunun «Kutadğu bilig» kimi əsərlərində
öz əksini tapmışdır. Bu əsərlərdə çoxsaylı boy adları, yer
və şəxs adları da diqqəti cəlb edir. Bu baxımdan Mahmud Kaşğarlının
«Divan»ı canlı ensiklopediya səciyyəsi daşıyır və o dövrdə
təsadüf edilən onomastik vahidlərlə zəngindir [8].
Mahmud Kaşğarlı bir coğrafiyaşünas kimi türklərin
yaşadıqları şəhər, kənd, dağ, çöl, dərə, göl və s. adlara
öz münasibətini bildirmişdir. O, bu məqsədlə qeyd etmişdir
ki, barəsində yazdığım dağlar, çöllər, dərələr, sular, göllər
islam türklərinin ellərində olanlardır. Çünki dillərdə dolaşan
bunlardır. Bunları tanınmış olduqları üçün yazdım; tanınmamış
olanların bir çoxlarını buraxdım. Müsəlman olmayan türk ellərindən
bir çoxunu daha yazdım; digərini yazmadım; çünki onları yazmaqda
bir fayda yoxdur. Türk dilinə sonradan daxil olan kəlmələri
yazdım; kişi və qadın adları da yazılmadı. Bunlardan ancaq
doğru bilinməsi üçün çox istifadə olunanlar, hər kəs tərəfindən
tanılan adlar yazıldı (MK, 1, 24, 28).
Böyük türkoloq «Divan»da həm türk mənşəli,
həm də qeyri-türk boyları tarixi-etimoloji cəhətdən təsvir
etmişdir.
Ahmed Caferoğlu yazır ki, sözlükdə ən çox
kavim adları ilə rastlaşırıq. Kaşğarlı türk boyları arasındakı
dolaşmaları sayəsində bir çox boy, uruk adlarını təsbit etmişdir.
Fəqət sözlüyün yükünü artırmamaq üçün böyük bir sayı təşkil
edən türk soy və oymaqlarına «Divan»da yer verilməmişdir.
[1]
900 illik tarixə malik olan bu əsər müasir
türk xalqlarının və onların dillərinin inkişaf yolunu düzgün
müəyyənləşdirməkdə böyük əhəmiyyətə malikdir. Bu «Divan» vasitəsilə
hazırda mövcud olan və olmayan bir sıra etnik dil qruplar
və eyni etnonimlərdən yaranmış toponimlər haqqında məlumat
əldə etmək mümkündür.
Mahmud Kaşğarlı «Divan»ında türk ulusunun
boyları haqqında verilən məlumatların öyrənilməsi, onların
areallarının dəqiqləşdirilməsi Azərbaycan xalqının qədim və
zəngin mədəniyyət tarixinin bəzi problemlərinin həlli üçün
əhəmiyyətlidir. [3]
Türklüyün altun deyilən dövründə (X-XI yüzilliklər)
qəbilə, tayfa adları «boy» sözü ilə öz ifadəsini tapmışdır.
Boy anlayış etibarilə Oğuz elini meydana gətirən, onların
təşəkkülünə səbəb olan toplum idi. Boy məzmunca eldən (budun-xalq)
kiçik, obadan böyük idi. Mahmud Kaşğarlının, əsasən, boy sözünün
oğuzca olduğunu bildirməsi və 24 oğuz qolundan hər birini
bu adla ifadə etməsi də həmin cəhətə fikir verməsindən irəli
gəlir. F.Sümər də «Oğuzlar» kitabında Sır-Dərya oğuzlarının
XI yüzillikdə 24 boydan ibarət olduğuna işarə etmişdir [5].
«Divan»dakı etnonimlərdən bəhs edən V.Bartold,
S.Kləştornıy, X.Xasanov və başqaları Mahmud Kaşğarlının oğuzlar,
onların mənşəyi, tarixi taleyi və yerləşdiyi ərazilər haqqındakı
verdiyi dəqiq informasiyaları, çəkdiyi xəritəni yüksək qiymətləndirmişlər
[2].
Mahmud Kaşğarlının «Divan»da verdiyi məlumatlara
görə, Oğuz boyları bir-birini mənsub olduqları adlarla tanıyırmışlar.
Oğuzlardan bir-birini tanımayan iki adam üzbəüz qarşılaşdıqda
əvvəlcə salamlaşarmışlar, sonra isə «boy kim» deyə soruşarmışlar.
Bu, replika «Hansı boydansan?» deməkdir. Sualın qarşılığı
kimi, məsələn, Salğur deyə cavab verərək
mənsub olduğu boyun adını söylər. Bu cəhət oğuzların yaşayışında,
həyat tərzində oğuzların oynadığı rolu bildirirdi. Bununla
yanaşı, 24 oğuz boyunun damğaları da var idi, bu damğalar
vasitəsilə də bir-birilərini ayırd edirdilər, fərqləndirirdilər.
Boyların başında bəylər dururdu. Bəylərin
idarəsi altındakı bölgəyə «beq eli» deyilirdi.
Mahmud Kaşğarlının adını çəkdiyi Beqdeli (Bəydili)
tayfasının da adı, fikrimizcə, «Beq eli» (bəy eli)
ifadəsi ilə bağlı ola bilər. Cəbrayıl rayonunun Soltanlı kəndi
yaxınlığındakı «Bəydili arxı» yer adı da, şübhəsiz ki, həmin
adın daşıyıcısı ola bilər.
M.Kaşğarlı «Divan»da «töre» sözündən istifadə
etmişdir. O, «el töri yetilsin» = vilayət, el barışa qovuşsun»
cümləsində bəyin vəzifəsinin nə olduğunu anladır.
Mahmud Kaşğarlı, ümumiyyətlə, boydan danışarkən
belə bir fikir işlədir: «Boyda çoxluq üzündən tükənmə yoxdur».
Bu, boyun zaman-zaman bəzi fəlakətlərə düçar olunduğunu, amma
heç vaxt tükənmədiyini, yox olmadığını ifadə etməkdədir. «Divan»da
«boy iki bile alkıştı» cümləsi iki boyun bir-birlərini yox
olacaq vəziyyətə gətirdikləri anlamında başa düşülməlidir.
Bu, hər hansı bir boyun bir boyu dövlət işlərinə görə cəzalandırılması
kimi də izah oluna bilər.
Amma, sözsüz ki, oğuz boylarının zaman-zaman
fəlakətlərə uğramasının başlıca səbəbi yağma axınları və fateh
hərəkətləri olmuşdur. Mahmud Kaşğarlının oğuz boyları ilə
bağlı işlətdiyi kıyım (Düşmən gəlməsi üzündən
bir vilayət xalqının qorxu ilə dəhşətə düşməsi), tezgi
(Tezgi buldu. Düşmən gəlməsi üzündən xalq arasında
ürküntü oldu), ürkün (Düşmən gəlməsi üzündən
xalq arasında düşən ürküntü), buldak (Düşmən gəlməsi üzündən
xalq arasında meydana gələn qarışıqlıq) və belinq
(Düşmən gəlməsi üzündən xalq arasında baş verən təlaş,
ürküntü). [6]
Mahmud Kaşğarlı «Divan»da boyları kök və
ana olmaqla iki qrupa bölür. «Türk ulusunun boyları»ndan danışarkən
böyük türkoloq yazır: «Türklər əslində iyirmi boydur. Bunlardan
hər bir boyun bir çox oymaqları vardır ki, sayını ancaq ulu
tanrı bilir. Mən bunlardan kök və ana boyları saydım; oymaqları
buraxdım. Yalnız hər kəsin bilməsi üçün gərəkli olanı, oğuz
qollarını və heyvanlarına vurulan belgələrini yazdım. Bundan
başqa, hər boyun yerləşdiyi yeri də bildirdim. Məsələn, Bizans-Rum
ölkəsinə ən yaxın olan boy Beçenekdir; sonra Kıfçak, Oğuz=Uğuz,
Yemek, Başqurt, Basmil, Kay, Yabaku, Tatar, Kırkız=Kırğız.
Kırğızlar Çin ölkəsinə yaxındırlar. Bu boyların hamısı Rum
ölkəsi yanından doğuya doğru uzanıb gedir: Çığıl=Çiyil, Toxsi,
Yağma, Uğrak (+), Çaruk = Çarık, Çomul, Uyğur, Tanqut, Xitay=Kitay.
Kitay ölkəsi Çindir. Bu boylar güney ilə quzey arasında yerləşir.
(MK, 1, 28).
Mahmud Kaşğarlı boyların adları ilə yanaşı,
digər tipik-xarakterik xüsusiyyətləri üzərində də dayanmışdır.
Məsələn, o, iki dil bilən boylardan söhbət açır. Həmin boylar
arasında Soğdak, Kençek, Arğu boylarını misal
çəkir. Türk elinə sonradan gəlib qarışan boyları- Xotanları,
Tübütləri, Tanğutları göstərir.
Mahmud Kaşğarlı Oğuz boylarından bəhs edərkən
onların şəhərsalma mədəniyyətini, köçəri həyatdan oturaq həyata
keçid mərhələlərini də faktlaşdırmış, qədim oğuz şəhərləri
haqqında maraqlı məlumatlar vermişdir.
Həm «Divan»da, həm də bəzi İslam mənbələrində
Oğuz şəhərlərinin varlığından bəhs olunması onların əhəmiyyətli
bir qisminin dəyişik, fərqli həyat tərzi yaşamaları ilə bağlıdır.
F.Sümərə görə, oğuzlardan önəmli bir qisminin oturaq həyata
keçməsiində ən mühüm cəhət islamlığı qəbul etmələri olmuşdur.
Oğuzlar arasında islamiyyət yayıldıqca və qüvvətləndikcə oturaq
həyat da formalaşmağa başlamışdır.
«Divan»da XI yüzillikdə oğuzların müxtəlif
şəhərlərdə məskunlaşdığı açıq bir şəkildə göstərilmişdir.
Məsələn, Mahmud Kaşğarlı türkcə Öküz adından
bəhs edərkən, ümumiyyətlə, çay mənasına gələn bu sözün oğuzlar
tərəfindən ayrıca Benegit dərəsi adı ilə
verilən Ceyhun nehrinə deyildiyini də və oğuz şəhərlərindən
bu çay ətrafında olduğu kimi, köçəri tayfaların da onun ətrafında
yaşadığını bildirir. Faruk Sümer tərəfindən təsbit edildiyinə
görə, XI yüzillikdə Oğuzlar Xəzər dənizindən Sır-Dəryayanın
orta yatağındakı Farab (Karaçuk) və İsficab
(İspicab-Sayrama) qədər olan yerlərə bu irmağın
quzeyindəki çöllərdə yaşayırdılar. İsficabın quzeyindən başlayaravq
Sır-Dəryaya paralel olaraq uzanan Karaçuk sıra dağları
bölgəsi də oğuzların önəmli bir qisminin yaşadığı
bir yer idi. Mahmud Kaşğarlı Karaçukun Farab şəhərinin və
oğuz yurdunun adı olduğunu bildirdiyi kimi, çəkdiyi xəritədə
də Karaçuku oğuz yurdu olaraq göstərmişdi.
Digər tərəfdən oğuz yurdunun X yüzillikdə
olduğu kimi, XI yüzillikdə də batıda Xəzər dənizinə qədər
uzandığı anlaşılır. İslam coğrafiyaçılarının Siyah
Kuh adını verdikləri yarımada X yüzillikdə oğuzlar
tərəfindən işğal edilmiş və bundan sonra həmin yarımada türkcə
Manqışğaq adını almışdır. XI yüzilliyin
sonlarında Mahmud Kaşğarlı da Manqışlağı oğuz ölkəsində bir
yer adı olaraq qeyd etmişdir (Bu toponim haqqında ayrıca bəhs
edilmişdir-C.K)
Mahmud Kaşğarlının «Divan»da haqqında danışdığı
oğuz şəhərlərinin adları bunlardır: Sepren (
Sabran), Sitkün, Suğnak, Karnak, Karaçuk.
Sepren: Oğuz şəhərlərindən
birinin adıdır. Xalq Sapran deyir. Halbuki
türk dilində s hərfinin yeri yoxdur (MK,
1, 436).
Mahmud Kaşğarlı yuxarıdakı adların oğuz şəhərləri
olduğunu bildirməklə bərabər, eyni çevrədə qeyd olunan Sayram
(İsficab-Beyza) şəhər adı barədə bir söz deməmişdir.
Bu xüsusda yazır ki, Sayram: İsbicab da deyirlər. Beyza şəhərin
adı (___________). Bu şəhərə Sayram da deyirlər (MK, 3, 176).
«Divan»da sayram leksik
vahidi ümumi söz kimi də işlənmişdir. Sayram suv= topuqdan
yuxarı çıxmayan su (MK, 3, 176).
Faruk Sümər «Oğuzlar» kitabında yazır ki,
görünüşünə görə Sayram Karluq şəhərlərindən olmuş
və bu şəhər, bəlkə də Oğuz-Karluq sərhəddini təşkil etmişdir
[4].
Sitkün: Oğuz şəhərlərindən
biri (MK, 1, 443).
Suğnak: Oğuz şəhərlərindən
biri (MK, 1, 471)
Karnak: Oğuz şəhərlərindən
biri (MK, 1, 473). Mahmud Kaşğarlı «karnak» sözünün omonim
variantının («Divan»da omonimlər həddən artıq çoxdur, xüsusi
tədqiqat tələb edir-C.K.) mənasını açmışdır: karnak at= koca
karınlı at (MK, 1, 473).
Mahmud Kaşğarlı «Divan»dv türkmən tayfalarından
danışarkən «bunlar oğuzlardır» kəlməsini işlədir, onlara türkmən
adının verilməsi barədə uzun bir əfsanə danışdıqdan sonra,
«Türkmənlər əslində 24 qəbilədir. Lakin iki qəbilədən ibarət
olan Xalaçlar bəzi cəhətlərə görə ayrıldıqları
üçün özlərini oğuz saymamışlar.İyirmi ikilər onlara türkcə
«kal aç» deyirlər, «aç qal»
deməkdir. Sonradan bunlara Xalaç demişlər,
əsilləri budur (MK, 3, 412-416). Əfsanə belədir:» Zülqərneyn
Səmərqəndi keçib türk ölkəsinə yönəldiyi sıralarda türklərin
çox qüvvətli və böyük ordusu hesab olunan «ŞU»
adında gənc bir xaqanları vardı. Balasaqun yaxınlığında Şu
qalasını o açmış və o tikmişdi. Hər gün Balasaqundakı sarayının
önündə bəylər üçün altmış növbə davulu vurulurdu. Xaqan Şuya
Zülqərneyinin yaxınlaşdığı xəbər verilirmiş, «əmriniz nədir,
savaşmı edəlim, nə buyurursunuz?» demişlər; halbuki xaqan
«Xoçand» irmağının kənarına karakol qurmaq, Zülqərneyinin
keçdiyini xəbər vermək üçün qırx tarxanı gözçü göndərmişdi.
Bu kol kimsə görmədən getdiyi üçün əsgərin xəbəri yoxdur…Zülqərneyin
gəlib bunları saçlı və üzərlərində türk belgeleri olduğunu
görüncə soruşmadan onlara demiş, «Türkə bənzər». İştə bu ad
onlara bu günə qədər qalmışdır. (MK, 3, 415).
«Divan»da oğuz adı izah edilərkən, «Bir türk
boyudur. Oğuzlar türkməndirlər. Bunlar iyirmi iki qoldurlar;
hər qolun ayrıca bir əlaməti və heyvanlarına vurulan işarəsi
(damğası) vardır. Bu belgelər onların heyvanlarının, atlarının
əlamətidir. Heyvanlar bir-birinə qarışarkən hər qol öz heyvanını
həmin əlamətlərdən tanıya bilir.
Oğuzların 24 boydan meydana gəldiyini bildirən
Mahmud Kaşğarlı, eyni zamanda bu boylardan 22-si haqqında
danışır və damğalarını göstərir. Maraqlıdır ki, böyük türkoloq
hər bir boyu o zamankı siyayi şöhrətlərinə görə sıralayıb.
KINIK. Zəmanəmizin xaqanları bunlardandır.
Heyvanlarına vurduqları işarət budur: ___________
KAYIĞ: ____________
BAYUNDUR: ____________
İVA\\YIVA: ____________
SALĞUR: ____________
AFŞAR: ____________
BEĞTİLİ: ____________
BÜĞDÜZ: ____________
BAYAT: ____________
YAZĞIR: ____________
EYMÜR: ____________
KARABÖLÜK: ____________
ALKABÖLÜK: ____________
İGDİR: ____________
ÜREGİR\\YÜREGİR: ____________
TUTIRKA: ____________
ULAYUNDLUĞ: ____________
TÜGER//DÜGƏR: ____________
BEÇENEK: ____________
ÇUVALDAR: ____________
ÇEPNİ: ____________
ÇARUK: ____________
Bunların sayı az olduğuna görə damğaları
məlum deyildir.(MK, 1, 55-58).
Mahmud Kaşğarlı oğuz boyları haqqında verdiyi
müfəssəl məlumatdan sonra yazır: «Bu saydığım boylar kökdür.
Bu kökdən bir çox oymaqlar çıxmışdır, sözü qısa kəsdim və
onlar barədə heç nə demədim. Bu boyların adları onları qurmuş
olan əski dədələrin (babaların-C.K.) adlarından alınmışdır.
Maraqlıdır ki, bu üsulla adların formalaşması ərəblərdə də
eyni ilə belədir.
Beləliklə, Mahmud Kaşğarlının «Divan»ı tarixi
türk etnonimlərini hərtərəfli istiqamətdə öyrənən qiymətli
mənbədir. Burada XI yüzillidə mövcud olan türk tayfaları haqqında
çoxsaylı maraqlı materiallar vardır, onların mənşəyinin müəyyənləşdirilməsində
qədim əfsanələrin rolu göstərilir. Qədim türk etnonimlərin
monqol təbəqəsi, türklərin ictimai-siyasi və iqtisadi durumu
üzə çıxarılır. Altayşünaslıqda bu mühüm problemlərdən sayılır.
«Divan»da etnonimlər topoloji cəhətdən təsnif edilmişdir ki,
bu da əsas coğrafi problemlərdəndir. Topoloji təsnifatı və
onun dəyərini V.Maxpirov belə dəyərləndirir: «Такая классификация,
по нашему мнению, суть выявление основных закономерностей
происхождения этнонимов, которые как слова вообще и прежде
всего как имена собственные, всегда отражали те или иные стороны
жизни тюрклв прошлого, даже если они случайно возникли, то
и тогда они отразили языковые особенности того периода, когда
появились, а потом, изменившись, будучи переосмыслены, они
отраили определенные процессы и т.д.
Этнонимы, как нам кажается, наиболее жизнестойкий
из взех имен собственных. Если функционирование антропонимов
всегда зависело от социальных, культурных и других явлений
общественной жизни, топонимы зачастую могли исчезнуть с исчезновением
именуемого объекта и т.д., то многие этнонимы существуют тысячи
лет не изменяясь; никакая дань моде, ни даже физическое уничтожение
народа, не может уничтожить его имени; если слово перестает
существовать, как этноним, то сохраняется почти всегда в качестве
личного имени, или как название географического объекта».
[9]
Göründüyü kimi, Mahmud Kaşğarlının «Divan»a
əlavə etdiyi xəritə ilkinliyi ilə fərqlənir. Xəritədə türklərlə
məskun sahə ilə, bunların yaxından-uzaqdan münasibətdə olduqları
bəzi millətlər və məmləkətlər də təsbit edilmişdir. Xəritədə
dağlar qırmızı, dənizlər yaşıl, qumluq sahələr sarı, irmaqlar
mavi rənglərlə göstərilmişdir. Xəritənin ana mərkəzi nöqtəsini
türk hökmdarlarının Balasaqun şəhəri təşkil etmişdir. İşıq-göl
də diqqəti xəritədə cəlb edir. Mahmud Kaşğarlı, özü də bu
yurdlardan olduğundan, əlbəttə, xəritə mərkəzinin seçimində
təsirsiz qalmamışdır. Yəni dünyanın məhvəri, Mahmud Kaşğarlının
xəritəsində öz ana vətəni olmuşdur. Heç bir nöqtədə türk üstünlüyünü
qabartmayan, ehtimal etməyən Mahmud Kaşğarlı millətçilik şüurunu
bu nöqtədə də göstərməyi gözdən qaçırmamışdır.
Digər coğrafi adlar, yer adları və məmləkətlər
də, heç şübhə yoxdur ki, xəritənin mərkəzində verilmişdir.
Cəhətlər Orxon abidələrindkilərlə paralellik təşkil edir.
Xəritədə türk boyları Mahmud Kaşğarlının
etnik təsnifinə görə əsas 22 ana kökdən ibarət olmuşdur. Hər
boy öz daxilində bir neçə uruğa ayrılmışdır. «Divan»da ancaq
əsas boylara yer verilmişdir. Boylar isə coğrafi areallarına
görə sıralanmışdır.
N.A.Baskakov, V.A.Nikonov kimi alimlər türk
boylarının- etnonimlərinin tarixi- etimologiyasının müəyyənləşdirilməsini,
leksik-semantik təsnifinin türkologiyanın qarşısında duran
ən mürəkkəb vəzifələrdən hesab etmişlər. [7]
Boy adları Mahmud Kaşğarlının əsərində xüsusi
sistem təşkil edir.Sonda onu qeyd etməyi lazım bilirik ki,
bu boyların (Türk, Oğuz, Bayat, Bayandur, Qırğız, Türkmən,
Arğu, Beçenek, Basmil, Bulğar, Gencek, Suvar, Başkırt, Karluk,
Çigil, Qıpçak, Uyğur, Çarukluk, Çəani, Çuvaldar, Bektili və
s.) etimologiyası, leksik-semantik təbiəti haqqında müxtəlif
hipotezalar mövcuddur, onların reallağının dəqiqləşdirilməsi
hazırda müasir türkoloji tədqiqatların qarşısında bir vəzifə
kimi dayanmalıdır.
-
Ahmet Caferoğlu
. Kaşğarlı Mahmut . İstanbul , 2004, s. 44.
-
Bax: Бартольд
В.В. Сочинения: В 9 т. М.: 1963-1974; т.2, с. 574; Кляшторный
С.Г. Эпоха Мащмуда Кашгарского\\ "СТ", 1972,
№ 1, с.18-23; Хасанов Х. Среднеазиатский географ-филолог
ХI века\\ Изв. Уз. Филиала ВГО, Ташкент, 1960, Т.5., с.91-100;
Засанов Х. Урта Осие ъой номлари тарихидан. Тошкент, 1965,
80 с.
-
Eyvazova R.H.
Mahmud Kaşğarinin «Divani-lüğət-it Türk» əsərindəki bir
neçə etnonim və toponimlərin arealları. \\ Orta əsr əlyazmaları
və Azərbaycan mədəniyyəti tarixi problemləri. III Respublika
elmi-nəzəri konfransın materialları. Bakı, «Örnək» nəşriyyatı,
1992, s.70 (s.7-73).
-
F.Sümer. Oğuzlar,
s. 38.
-
F.Sümer. Oğuzlar.s.
201.
-
Qeyd: Yüksək atəş
açılanda uşaqların yuxuda olarkən qorxaraq sıçramasına
Türkiyə türkcəsində (indi də) belinlemek deyirlər) bu
kimi sözlərin təlaş və qarğaşıq mənasında izah edilməsi
həqiqətə tamilə uyğundur. Onu da qeyd etməyi lazım bilirik
ki, boylarla əlaqədar işlənmiş tezgi sözünün təzmək, ürkün
sözünün ürkmək formaları indi Azərbaycan dilinin dialekt
və şivələrində öz izlərini qoruyub saxlamaqdadır: Qoyunlar
təzdi. Mal-qara hürkdü (Cəbrayıl şivələrində).
-
Баскаков Н.А.
Структурные и смысловые модели тюркских этнонимов и их
типологическая классификация\\ Онома. 1977, В.21, № 1,
с. 101-110; Никонов В.А. Этнонимия\\Этнонимы. М.: 1970,
с.14-15) (с. 5-33).
-
Махпиров В. Имена
древних предков. Алма-Ата, 1977; Ülkütaşır Ş.M. Büyük
türk dilçisi Kaşqarlı Mahmud. Ankara, 1972; Genç R. Kaşgarlı
Mahmuda göre XI yüzyılda türk dünyası. Ankara, 1977; Sümer
F. Türk devletleri tarihinde şahıs adları. İstanbul, 1990;
Quliyev Ə.A. Qədim türk onomastikasının leksik-semantik
sistemi. Doktorluq dissertasiyasının avtoreferatı, Bakı,
2003.
-
Махпиров В.У.
Древнетюркская ономастика. Алма-Ата, «Гылым», 1990, с.74.
|
|