Cahid
İsmayıloğlu. XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud
Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında). Bakı:
«Elm» nəşriyyatı, 2008, – 231 s.
Monoqrafiya XI yüzilliyin tarixi onomastik leksikasına həsr
edilmişdir. Əsərdə həmin dövrün şəxs, tayfa və yer adları
böyük türkoloq Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsərindəki
faktlar əsasında tarixi-linqvistik aspektdə şərh və təhlil
olunur.
«Heç bir şey izsiz yox olmur»
müdrik kəlamı Mahmud Kaşğarinin «Divanü lüğət-it-türk»
əsəri ilə də təsdiq olunur. XI əsrdə belə bir lüğətin
meydana çıxması təsadüfi deyil. >>>
Oxuculara təqdim olunan Cahid İsmayıloğlunun «XI yüzilliyin tarixi onomastik leksikası» (Mahmud Kaşğarlının «Divanü lüğət-it-türk» əsəri» əsasında) əsəri gənc, istedadlı tədqiqatçının bu sahədə apardığı zəngin elmi axtarışların nəticəsi kimi yeni elmi müddəalarla zəngin olan bir əsərdir. >>>
Cahid İsmayıloğlunun monoqrafiyasında
M.Kaşğarlının "Divan"ındakı onomastik vahidlər Azərbaycan
dilçiliyində ilk dəfə olaraq kompleks və sistemli şəkildə
tədqiqata cəlb edilmişdir. >>>
Bu günlərdə Cahid İsmayıloğlunun
“XI yüzilliyin tarixi onomastik leksikası” (Mahmud Kaşğarlının
«Divanü lüğat-it-türk» əsəri əsasında) kitabı çapdan çıxıb.
>>>
A few days ago J.Ismayiloghlu
had his book "Historical onomastic lexicology of
the XI century" (based on the "Divani-lughat-itturk"
work of Mahmud Kashgharli) published. >>>
Gənc alim kimi Cahid İsmayıloğlu'na gələcək elmi fəaliyyətində daha böyük uğurlara imza atmağa və dilçiliyimiz yolunda çox böyük missiyanı öz çiyinlərində ləyaqətlə daşımağı arzulayırıq! >>>
Onun haqqında çox yazılıb, ürəkaçan sözlər deyilib və yenə yazılmaqdadır, söylənməkdədir. Dilçilik mühitində böyüdüyümdən onun barəsində evimizdə tez-tez xoş söhbətlər eşitmiş və çoxsaylı kitablarını da həvəslə oxuyub öyrənmişəm. Onun yazılarında, kitablarında bir duzluluq, hərarət, doğmalıq, hər şeydən qabaq mühakimə və təfəkkür zənginliyi hiss etmişəm. Yazılarında olduğu kimi, adi çıxışlarında da ifadə və deyim tərzinin cəlbediciliyi məni heyran qoymuş, heyrətləndirmişdir. Söhbət görkəmli dilçi-alimdən-orijinal fikirlər sahibindən - Qəzənfər Kazımovdan gedir. >>>